• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

X qanunsuz işdən çıxarılan işçiyə rekord məbləğdə təzminat ödəyəcək



X şirkəti (keçmiş Twitter) əmək qanunlarını pozaraq işdən çıxardığı keçmiş əməkdaşına yarım milyon avrodan çox təzminat ödəyəcək. Bu barədə İrlandiya İş Yeri Münasibətləri Komissiyası (WRC) qərar qəbul edib. 

Qaynarinfo "Irish Independent"ə istinadən xəbər verir ki, bu, komissiyanın bütün fəaliyyəti dövründə bu cür iş üçün rekord cərimədir.

İşdən çıxarılan işçi Qari Runi 2013-cü ildən "Twitter"də işləyib. 2022-ci ilin oktyabrında şirkətin milyarder İlon Mask tərəfindən satın alındığı vaxt Runi Dublin ofisində satınalmalar rəhbəri olub. Yeni sahibi "Twitter"in bütün əməkdaşlarına şirkətin yeni konsepsiyasını təsvir edən elektron məktub göndərib. Mesajın sonunda Mask təqib edilməli olan bir keçid əlavə edib və işçilər "yeni "Twitter"in bir hissəsi olmaq istədiyinə" əmin olduğu halda "bəli" düyməsini sıxmalı idi. Onlara 24 saat ərzində cavab vermək hüququ verilib.

Qari Runi "bəli" düyməsini basmayıb və üç gün sonra şirkətdən onun istefası ilə bağlı qərar qəbul etdiyini bildirən bir e-poçt alıb. Həmin andan onun "Twitter" sistemlərinə girişi dayandırılıb. 

Runi "Twitter"in qərargahı ilə əlaqə saxlayıb, istefa məktubu təqdim etmədiyini və əmək müqaviləsini ləğv etmək üçün heç bir razılaşma almadığını, hətta imzalamadığını bildirib. Daha sonra o, Əmək Münasibətləri Komissiyasına şikayət edib. Runinin sözlərinə görə, əvvəlcə o, göndərdiyi e-poçtun saxta, spam və ya zərərli proqram ehtiva edən mesaj olduğunu düşünüb, onu dərhal açmayıb. Və oxuyandan sonra tez qərar verə bilməyib.

WRC Qari Runinin haqsız yerə işdən qovulduğunu hesab edib. Komissiyanın qərarına əsasən, X iddiaçıya 2023-cü ilin yanvarından 2024-cü ilin mayına qədər qazana biləcəyi 350 min avro, həmçinin sonrakı aylarda qazancının itirilməsinə görə 200 min avro təzminat ödəməlidir. X hələlik komissiyanın qərarına münasibət bildirməyib.

ƏN ÇOX OXUNANLAR

0.021029949188232