Güclü meşə yanğınları Türkiyənin Qərb bölgələrini cənginə alıb. Dünən axşamdan İzmirdə baş verən yanğınlar isə artıq şəhərə ciddi təhlükə yaratmaqdadır.
Ölkə.Az xəbər verir ki, güclü küləyin təsiri ilə böyüyən yanğınlar sürətlə şəhər mərkəzinə doğru irəliləməkdədir. Yanğınlar artıq şəhər kənarına çatıb.
İzmir valisi Süleyman Elbanın sözlərinə görə, yanğının qarşısının alınması istiqamətində səylər göstərilsə də, küləyin güclü olması yanğınsöndürmə işlərini çətinləşdirir.
"Nəticədə şəhər kənarındakı yaşayış məntəqlərindən biri boşaldılıb. İnsan itkisi olmasa da, bəzi evlərin yandığı barədə məlumat var", - vali qeyd edib.
Onu da əlavə edib ki, Karatepe mövqeyində meşədə baş verən yanğında alovların irəlilədiyi şəhərə bitişik Doğançay və Sancaklı məhəllələri də boşaldılıb.
Vali bildirib ki, yanğın 4-5 istiqamədə davam etdiyindən və güclü külək olduğundan söndürülmə işlərində çətinliklər yaranır.
Mürtəza
Ölkə.Az