• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb



Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün daha bir təşkilat müraciət edib.

APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

    O bildirib ki, seçkilərdə “exit-poll” keçirmək üçün Sosioloji Tədqiqatlar Mərkəzi müraciət edib.

    Qeyd edək ki, bundan öncə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün iki təşkilatın - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciəti qəbul edilib.

    ƏN ÇOX OXUNANLAR

    0.057040929794312