• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Həbsxanada kütləvi zəhərlənmə - Gürcüstanda



Gürcüstanın Kutaisi şəhərindəki 2 saylı cəzaçəkmə müəssisəsində məhbusların kütləvi zəhərlənməsi baş verib.

Ölkə.Az “Georgia Online”yə istinadən  xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin penitensiar xidməti təsdiqləyib.

“Bu il avqustun 13-də 2 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında müəyyən edilmiş şikayətlər mümkün enterovirus infeksiyasının əlamətlərinə uyğundur”, - nazirliyin məlumatında deyilir.

Vəkil Sofa Bondarenkonun sözlərinə görə, 200-ə qədər məhbus zəhərlənib. 

Həkimlər vəkillərə bildiriblər ki, bütün hallarda xəstəliyin səbəbi bağırsaq infeksiyası olub. Fəsadların qarşısını almaq üçün bəzi məhbuslar mülki klinikalara köçürülüb. Həkimlər onların vəziyyətini stabil və qənaətbəxş kimi qiymətləndiriblər. Məhkumlar müvafiq tibbi yardım göstərildikdən və araşdırmalar aparıldıqdan sonra həbsxanaya qaytarılmalıdırlar.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.021996021270752