Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,2 % artaraq 1 milyard 244,6 milyon manat təşkil edib.
Ölkə.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Dövriyyənin 11 335,2 milyon manatı dövlət, 1 milyard 233,265 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 8,2 % çoxdur.
Özəl sektorda isə dövriyyənin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 9,6 % artaraq 630,5 milyon manata çatıb.