David Tonoyanı həbsxanadan çıxarkən müharibə qəhrəmanı kimi qarşılamaqla dəyərlərimizə tüpürürlər.
Ölkə.Az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan Ermənistan Respublikasının keçmiş müdafiə naziri David Tonoyanın azadlığa buraxılması ilə bağlı mövqeyini açıqlayarkən deyib.
“Davit Tonoyanı müharibə qəhrəmanı kimi qarşılayırlar, digər müharibə qəhrəmanı isə ovaxtkı xarici işlər naziri Zöhrab Mnatsakanyandır.
Dəyərlərin tam məhvi prosesi davam edir.
Hər ikisinin heykəlləri İrəvanın girişində, ikincisi daha monumental üslubda qoyulmalıdır, şəhərin açarları isə Əliyevə verilməlidir”, - Danielyan bildirib.
Mürtəza
Ölkə.Az