Almaniyadakı hakim koalisiya Ukraynaya əlavə ödənişləri dondurub.
Ölkə.Az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" yazıb.
Nəşr bildirir ki, planlaşdırılan büdcədə bunun üçün ayrılan vəsait olmadığı üçün ölkə yaxın vaxtlarda Ukraynaya əlavə maliyyə dəstəyi verməyəcək.
Bu əmri maliyyə naziri Kristian Lindnerə kansler Olaf Şolts verib.