• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zelenski Putini ələ saldı: Torpaqlarını müdafiə edə bilmir



Ukrayna ordusu Rusiyanın Kursk vilayətində 1250 kvadrat kilometrdən çox ərazini və 92 yaşayış məntəqəsini nəzarətə götürüb.

Ölkə.Az xəbər verir ki, bunu ölkənin lideri Volodimir Zelenski Ukraynanın xaricdəki səfirləri ilə görüşündə deyib.

"Ukrayna ordusu hazırda 1250 kvadrat kilometrdən çox əraziyə və 92 yaşayış məntəqəsinə nəzarət edir. Biz mövqelərimizi möhkəmləndirməyə və Ukrayna üçün əsir mübadiləsi fondunu doldurmağa davam edirik. Ümumilikdə, bu əməliyyat ukraynalıların ruş işğalı dövründə ən böyük sərmayəsinə çevrildi. Çox sayda rus əsirini ələ keçirdik və bu, mühüm nəticədir", - Zelenski deyib.

Zelenski eyni zamanda Putini ərazisini müdafiə edə bilməməkdə tənqid edərək ələ salıb: "Putinin bizim aktiv hərəkətlərimizə qarşı öz ərazisini müdafiə edə bilməməsi çox təsiredicidir".

Zelenski onu da əlavə edib ki, əgər tərəfdaşlarımız Rusiya ərazisində uzaqmənzilli silah istifadəsinə dair mövcud məhdudiyyətləri aradan qaldırsalar, o zaman Kursk bölgəsinə girməyə də ehtiyac qalmayacaq. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.021985054016113