İran prezidenti Məsud Pezeşkian hökumətin formalaşdırılmasındakı çətinlikləri dilə gətirib.
Ölkə.Az xəbər verir ki, parlamentdə çıxış edən dövlət başçısı nazir postuna təyinatlarda kadrların olmamasından, təklif etdiklərinin isə təklifi rədd etdiyini açıq şəkildə dilə gətirib.
"Mən birinə nazir vəzifəsi təklif etdim, məsuliyyəti boynuna götürmədi, təklifimi rədd etdi. Bundan sonra məsələni Ayətullah Seyyid Əli Xameneyi ağaya dedim, o həmin adama zəng etdi və dedi: "Dur gəl bura!"
Xameneyi deyən kimi, dərhal təkliflə razılaşdı... Niyə məni məcbur edirsiz, hər şeyi burada açıb tökəm", - Pezeşkian deyib.
Mürtəza
Ölkə.Az