İtaliya sahillərində batan yaxtada ölənlərin sayı 6 nəfərə çatıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yaxtada meyiti tapılanlar arasında gəminin sahibi, 59 yaşlı milyarder Mayk Linç və onun 18 yaşlı qızının da olduğu müəyyən edilib.
Aparılan işlər zamanı şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş daha 3 nəfərin meyiti tapılıb.
Xilasetmə qrupları itkin düşən sonuncu şəxsin axtarışlarını davam etdirir.
Qeyd edək ki, Britaniyalı texnoloji sahibkar Mayk Linçin həyat yoldaşı Angela Bakaresə məxsus 56 metrlik lüks yaxta bazar ertəsi Siciliya sahillərində şiddətli fırtına zamanı batıb. Hadisə zamanı yaxtada 10-u ekipaj olmaqla 22 nəfər olub.
Təbii fəlakətdən sonra aralarında uşaq və yaxtanın sahibi Bakares olmaqla 15 nəfər xilas edilib, 7 nəfər isə itkin düşüb.
Daha sonra itkin düşən 7 nəfərdən 1-nin cəsədi tapılıb.
Onu da əlavə edək ki, 59 yaşlı Mayk Linç Britaniyanın ən tanınmış texnologiya sahibkarlarından biridir. O, 1996-cı ildə ölkənin ən böyük proqram təminatı şirkəti olan “Autonomy”ni qurub və "Britaniyanın Bill Qeytsi" kimi tanınıb.
Billurə