Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.
“Ölkə.az” xəbər verir ki, bu haqda Valloniya-Brüssel Təhsil Şəbəkəsi qərar qəbul edib.
Qərara əsasən, fransız dilini tədris edən 373 məktəbdə 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək.
Qadağa 132 600 şagirdi əhatə edəcək.
Qərarın şagirdlərin smartfonlarla bir-birlərinin şəkillərini çəkməsi və sosial media platformalarında paylaşması, bunun da cinayətlərin sayının artması ilə nəticələndiyinə görə qəbul edildiyi bildirilir.(qafqazinfo)