Əsaslı təmirə bağlanan 8 Noyabr prospektində işlər davam etdirilir.
"Ölkə.az" xəbər verir ki, yol hələ bir neçə gün də nəqliyyatın hərəkətinə bağlı olacaq.
Belə ki, Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissədən 8 Noyabr prospektinə giriş tam bağlı olduğundan sürücülər alternativ yol kimi Babək və H.Əliyev prospektindən istifadə edirlər.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Qeyd edək ki, prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması da nəzərdə tutulur.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: