İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə razı olmayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki bildirib.
“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Daha sonra İsrailin cavabı gəldi və bildirildi ki, onlar Prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Abbasın Qəzza zolağına səfər etmək niyyətində olduğu xəbəri yayılmışdı.