Bu ilin yanvar-iyul aylarında Azərbaycan 460 min 645 ton buğda idxal edib.
Ölkə.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 102 milyon 620 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 117 min 358 ton (20,3 %), dəyər baxımından isə 62 milyon 64 min ABŞ dolları (37,6 %) azdır.
Hesabat dövründə buğda idxalna çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,95 %-ni təşkil edib.