İŞİD Almaniyanın qərbindəki Solingen şəhərində törədilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“Ölkə.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yayılan açıqlamada hücumun onun üzvlərindən biri tərəfindən həyata keçirildiyi bildirilir.
Xatırladaq ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 4 şəxs yaralanıb.