Rusiya rəsmiləri Telegram-da rəsmi yazışmaların silinməsi ilə bağlı təlimat alıblar.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb.
Verilən informasiyaya görə, belə bir əmr bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin prezident administrasiyasının və Rusiya hökumətinin üzvlərinə gəlib. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin ən yüksək rütbəli şəxslərinə, eləcə də bəzi iri biznesmenlərə eyni göstərişlər verilib.