"Teleqram"ın təsisçisi Pavel Durov məşhur mesajlaşma proqramı ilə bağlı cinayətlərə görə Paris hava limanında həbs olunduqdan sonra bazar günü məhkəmə qarşısına çıxmalıdır.
Ölkə.Az xəbər verir ki, AFP onun həbs motivini açıqlayıb.
AFP-nin yazdığına görə, Fransanın yetkinlik yaşına çatmayanlara qarşı zorakılığın qarşısını alan OFMIN agentliyi, fırıldaqçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kiber zorakılıq, mütəşəkkil cinayətkarlıq və terror təbliğatı da daxil olmaqla iddia edilən cinayətlər üzrə ilkin istintaq çərçivəsində Durov haqqında həbs qərarı verib.
Durov öz platformasından cinayət məqsədləri üçün istifadənin qarşısını almaq üçün tədbirlər görməməkdə ittiham olunur.
“Teleqramın cəzasız qalması kifayətdir”, - deyən müstəntiqlərdən biri Durovun axtarışda olduğunu bilə-bilə Parisə getməsinə təəccübləndiyini qeyd edərək bunu axmaqlıq adlandırıb.
Mürtəza
Ölkə.Az