İraq və İran arasındakı Pervizhan Sərhəd Qapısında baş verən yanğın bölgədəki yanacaq tankerlərinə də keçib.
Ölkə.Az xəbər verir ki, bu da nəticə yanacaq daşıyan tankerlərdə partlayışa səbəb olub. Yanğın nəticəsində 11 yanacaq tankeri yararsız hala düşüb, 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Yanğınsöndürmə işləri davam etsə də, hələlik yanğının səbəbi məlum deyil.
Mürtəza
Ölkə.Az