İşğadan azad edilmiş Laçın rayonu ərazisində növbədənkənar parlament seçkiləri ilə bağlı 6 məntəqə yaradılıb.
APA-nın yerli müxbiri xəbər verir ki, məntəqələrdə 4205 seçici qeydə alınıb. Laçın şəhərində yerləşən 105 saylı seçki məntəqəsində 753 seçici qeydiyyatdaır.
121 saylı Laçın dairə seçki komissiyasının ümumlikdə 110 məntəqəsi var. Məntəqələr üzrə 61530 nəfər seçici qeydiyyatdadır. Dairə üzrə 766 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edir.
Dairənin məntələrində seçkiləri 1457 nəfər müşahidəçi izləyir. Bundan başqa, beynəlxaq müşahidəçilərin də seçki prosesini izləməsi gözlənilir.