• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsrail ordusu 3 polisi öldürəni sağ qoymadı



İsrail hərbçiləri bu səhər İordan çayının qərb sahilinin Hebron şəhəri yaxınlığında üç İsrail polisinin öldürüldüyü avtomobilə hücumda iştirak edən fələstinli radikalı zərərsizləşdirib.

“Ölkə.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri Hebronda reyd keçirib, orada şübhəlinin yerləşdiyi evi mühasirəyə alıb, sonra isə atışma zamanı onu məhv ediblər. Axtarış zamanı onun üzərindən “M-16” markalı tüfəng aşkar edilib.

“Öldürülən şəxs Hebron yaxınlığında yerləşən Fələstinin İdna kəndindən olan 31 yaşlı Məhəmməd əl-Asud olub, o, Fələstin FƏTH hərəkatı ilə əlaqəli olub və əvvəllər Fələstin Prezident Qvardiyasında və Fələstin təhlükəsizlik xidmətlərində çalışıb”, – məlumatda diqqətə çatdırılıb.

ƏN ÇOX OXUNANLAR

0.1160740852356