• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Skripkaçıya musiqi aləti ilə təyyarəyə minməyə icazə verilməyib - FOTOLAR



Londondakı Kral Musiqi Kollecini bitirmiş və Kral Birmingem Konservatoriyasında magistr dərəcəsi almış klassik skripkaçı Ester Abrami üçüncü studiya albomunu yazmaq üçün Fransanın Marsel şəhərindən Berlinə uçmaq istəyərkən xoşagəlməz hadisə ilə üzləşib. Sənətçi onunla pis rəftar etdiyinə görə “Ryanair” aviareysini tənqid edib.

Sfera.az bildirir ki, dünyaca məşhur skripkaçı Ester Abramiyə 200 illik tarixə malik musiqi aləti ilə təyyarəyə minməyə icazə verilməyib. Belə ki, skripka əl yükünün ölçülərindən 1 sm kənarda qaldığı üçün təyyarəyə icazə verilməyib. Aviaşirkət ona skripka üçün ayrıca yer satmaqdan da imtina edib.

"İlk dəfədir ki, belə kobudluq və ictimai təhqirlə qarşılaşıram"- deyə Abrami sosial şəbəkələrdə bildirib.

Məlum olub ki, təyyarəyə minməzdən əvvəl onu saxlayıblar və skripka ilə otura bilməyəcəyini bildiriblər. Skripkaçı etiraf edib ki, o, ustad Jan-Batist Vuillaumun iki yüz illik alətini özü ilə aparmaq üçün istənilən qiyməti ödəməyi təklif edib, lakin şirkət bundan imtina edib.

27 yaşlı fransalı qadın təyyarədə əlavə oturacaq almağı təklif etsə də, “Ryanair” işçiləri ona kassanın artıq bağlandığını və salonun dolu olmamasına baxmayaraq, bilet ala bilməyəcəyini bildiriblər.

Abrami skripkasının kövrək və çox qiymətli olduğunu əsas gətirsə də, aviaşirkət aləti ya baqajda aparmaq, ya da hava limanını tərk etmək üçün sərt ultimatum verib.

İfaçının iddiasına görə, “Ryanair” işçiləri onunla kobud davranmağa, skripkanı təyyarədən çıxarmağa və çamadan ölçmə sahəsinə qoymağa məcbur ediblər.

"Artıq ödədiyim əl yükünün uzunluğuna tələb 55 sm-dir, skripkamın ölçüsü 56 sm-dir, diaqonal olaraq uyğun gəlir"-deyə musiqiçi bildirib.

Xoşbəxtlikdən Abrami başqa bir aviaşirkətdə başqa bir uçuş bron edə bilib. O, inanılmaz dərəcədə şanslı olduğunu qeyd edib. Bu şirkətdə ona sevimli skripkasını daşımaqda çətinlik yaratmayıblar. Uçuşu qaçırmaq çox vaxt fürsətləri əldən vermək deməkdir.

İş ictimailəşəndən sonra aviaşirkətdən:

“Ryanair” ilə səyahət edən hər kəs kimliyindən asılı olmayaraq, hamı ilə eyni qaydalara əməl etməlidirlər: baqaj uyğun gələrsə, təyyarəyə gətirilə bilər, yoxsa, baqaj bölməsinə göndərilir"-deyə açıqlama verilib.

Bununla belə, Abraminin pərəstişkarları və musiqiçi yoldaşları bu hadisədən qəzəbləndiklərini bildirərək, bir daha bu şirkətin xidmətlərindən istifadə etməyəcəklərini bildiriblər.

ƏN ÇOX OXUNANLAR

0.028934001922607