Liberiyanın Kakata mərkəzi həbsxanasından 47 məhbus qaçıb.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Front Page Africa” məlumat yayıb.
İlkin araşdırmalara görə, məhbuslar müəssisədəki təhlükəsizlik pozuntusu səbəbindən qaçıblar.
Ədliyyə Nazirliyi Liberiya Milli Polisi və həbsxana rəhbərliyi ilə əməkdaşlıq edərək pozuntunun səbəbini müəyyən etmək üçün hərtərəfli araşdırmaya başlayıb.
Qeyd edək ki, həbsxanada qaçan şəxslərin tezliklə tutulması üçün tədbirlər görülür.