"İranın geosiyasi sərhədlərinin dəyişdirilməsi heç bir şəkildə qəbuledilməzdir. Türkiyə və Azərbaycanın Rusiyanın razılığı ilə axtardıqları Zəngəzur dəhlizinin açılması İranın milli təhlükəsizliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə yaradır".
Ölkə.Az xəbər verir ki, bunu "IRIB news"ə müsahibəsində İran əyalətlərinin Ali Şurasının üzvü Məhəmməd Sadeqi deyib.
“Zəngəzur keçid məntəqəsinin tikintisi İranın maraqları ilə tamamilə ziddiyyət təşkil edəcək və regionda gərginliyin artmasına səbəb olacaq. Ölkənin bütün rəsmiləri arasında bu məsələdə tam konsensus mövcuddur. İran regional və qeyri-regional güclər arasında siyasi rəqabətin xarakterindən və İrəvanın daxili siyasətinin mövqeyindən asılı olmayaraq, geosiyasi dəyişikliklərin qarşısının alınması yanaşmasını izləyir və mövcud nizamın dəyişməsinə imkan vermir", -Sadeqi bildirib.
Cənubi Qafqazda süni gərginliyin yaradılmasına cəhd edən İranın rəsmi nümayəndəsi Rusiya tövsiyyə edir ki, guya Bakı və Ankaranın layihəsi olan Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasına tələsik razılıq verməklə yanlışlığıa yol verib. Sadeqi əlavə edib ki, Rusiya bunun əvəzinə 3+3 formatında mütəmadi görüşlərin keçirilməsinə səy göstərməklə bölgədə gərginliyin qarşısını almalıdır.
Mürtəza
Ölkə.Az