Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) beş şikayət araşdırılır.
Ölkə.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq:
"Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə Seçki Məcəlləsinin tələbinə uyğun addım ata bilərik".