• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İrandan ballistik raketlərin Rusiyaya necə göndərildiyi üzə çıxdı - Peyk görüntüsü



İrandan Rusiyaya ballistik raketlər çatdıran Rusiya gəmisinin peyk görüntüsü çəkilib.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumata görə, "Port Olya 3” gəmisi Xəzər dənizi üzərindən Rusiyaya 220-yə yaxın yaxın mənzilli ballistik raket daşıyıb. Çox güman ki, bu raketlər Ukraynaya qarşı müharibədə istifadə olunacaq.

Məlumdur ki, "Port Olya 3” gəmisi sentyabrın 4-də Rusiyanın Olya limanına gəlib. Limanın özü Həştərxan vilayətində yerləşir. Üstəlik, gəmi cəmi altı gün əvvəl, yəni avqustun 29-da İranın Əmirabad limanında olub.

Rusiya Federasiyasına çatdıqdan sonra Fəth-360 ballistik raketləri böyük bir qatara yüklənib. Raketlərin sonradan dəqiq hara göndərildiyi məlum deyil. Ukrayna mənbəsinin Sky News-a məlumatına görə, Fəth-360 Həştərxan vilayətində yerləşən Aşuluk hərbi poliqonuna göndərilə bilərdi.

Sentyabrın 4-də də çəkilmiş bu geniş peyk şəkli "Port Olya 3"ü Rusiya limanındakı digər gəmilərlə birlikdə göstərir

Bundan əvvəl Pentaqon İranın həqiqətən də ruslara müəyyən sayda qısa mənzilli ballistik raketlər ötürdüyünü təsdiqləyib . Amerikalılar onu da aydınlaşdırıblar ki, söhbət konkret olaraq Fəth-360-dan gedir.

Fəth-360 İranın yığcam qısa mənzilli taktiki raketidir və GMRLS idarə olunan raketinin analoqu sayıla bilər. Raket xüsusilə vacib obyektləri, məsələn, hava hücumundan müdafiə sistemlərini, anbarları, komanda məntəqələrini və sairləri məhv etmək üçün nəzərdə tutulub.

GMRLS-dən fərqli olaraq, Fəth-360 təqribən 1,5 dəfə yüksək məsafəyə malikdir (120 km-ə qədər) və daha güclü döyüş başlığı (150 kq) ilə təchiz edilib. Raketin idarə olunması birləşmiş inertial və peyk naviqasiya sistemi ilə təmin edilir.

Beləliklə, xüsusən Nikolaev bölgəsi Fəth-360-ın əhatə dairəsinə düşür. Eyni zamanda, raketin yüksək sürəti sayəsində Ukraynanın yalnız məhdud sayda hava hücumundan müdafiə sistemləri onu effektiv şəkildə vura biləcək.

ƏN ÇOX OXUNANLAR

0.033590078353882