Avstriyada tapılan naməlum müəllifə məxsus musiqi əsərinin Motsarta aid olduğu üzə çıxıb.
Ölkə.az Sfera.az-a istinadən xəbər verir ki, avstriya və alman alimləri Pol Dunkan və Karsten Vollin “Milan Variasiyaları” adlı əsərin müəllifinin Motsart olduğunu müəyyənləşdiriblər.
Əsər 1771-ci ildə Milanda baş tutan toy üçün yazılıb.
O vaxt 15 yaşı olan Motsart həmin toy münasibətilə opera da bəstələyib.