Türkiyə gündəmini silkəyən və müzakirələrə səbəb olan Narin Güran cinayəti ilə bağlı edilən yeni etiraf hərkəsi şoka salıb.
Ölkə.az BAKU.WS-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri Nevzat Bahtiyar ,son ifadəsində Narinin meytinin tapıldığı günə aid bütün detalları açıqlayıb.
Bahtiyar Narinin əmisi Salimin qızcığazı öldürməsi ilə bağlı bunları deyib:
"Salim Güran, Yüksel Güran (Narinin anası) və əmisinin həyat yoldaşı ilə eşq yaşayıb. Mənim fikrimcə, o Narini bu qadınlardan biri ilə münasibətdə olduğunu görüdüyü üçün öldürüb".