• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Günəşdə son illərin ən güclü partlayışı baş verdi



Sentyabrın 14-ü Günəş fəaliyyətinin 25-ci dövrü ərzində dördüncü ən güclü partlayış baş verib.

"Ölkə.az" xəbər verir ki, bu barədə TASS Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və ISTP SB RAS-a istinadən məlumat yayıb.

"Bu, bu günəş tsiklində dördüncü ən güclü hadisədir, yəni 2017-ci ildən, əvvəlki günəş dövrünün sonuncu böyük partlayışlarının keçdiyi vaxtdan bəri", - hesabatda deyilir.

Laboratoriya qeyd edib ki, partlayış ilkin olaraq X5.3 kimi təsnif edilib, lakin gələcəkdə məlumatlar dəqiqləşdirilə bilər.

Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, partlama gücü X4,5, müddəti isə 33 dəqiqə təşkil edib.

Alimlər qeyd edirlər ki, partlayışın yerləşdiyi yerə görə Yerə tangensial təsir ehtimalı azdır. İlkin modellər belə bir hadisənin baş vermə ehtimalının 5-10% arasında olduğunu göstərir.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalarının gücünə əsasən beş sinifə təsnif edilir: A, B, C, M və X.(Publika.az)

ƏN ÇOX OXUNANLAR

0.29718804359436