• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yanacaq tankerinin partlaması nəticəsində 24 nəfər öldü



Haitidə yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 24 nəfər həlak olub.

"Ölkə.az" xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Nippes departamentinin Miraqoane şəhəri yaxınlığında qeydə alınıb. Belə ki, yük maşınının çəni başqa nəqliyyat vasitəsi tərəfindən deşilib və insanlar yanacaq toplamaq üçün həmin əraziyə axışıblar. Nəticədə partlayış baş verib.

Partlayışda xəsarət alan 40 nəfərin yarısına üçüncü dərəcəli termik yanığı diaqnozu qoyulub. Haiti xilasetmə xidmətinin bəyanatında isə deyilir ki, ölənlərdən üçü qadın, biri isə uşaqdır.

Haitinin Baş naziri Harri Konil partlayışın olduğu əraziyə gedib. O bildirib ki, ağır yanıq xəsarətləri alanların bəziləri xüsusi yardım almaq üçün helikopterlə təxliyə edilib.

ƏN ÇOX OXUNANLAR

0.29301786422729