“VKontakte” sosial şəbəkəsində videoların axtarışı ilə bağlı filtrlərdə dəyişiklik edilib.
"Ölkə.az" xəbər verir ki, indi istifadəçilər "Təhlükəsiz Axtarış"ı deaktiv edə bilməzlər. Əvvəllər pornoqrafik görüntülər və ya başlıqda ədəbsiz sözlər olan bəzi videoları tapmaq üçün bu üsuldan istifadə edilirdi.
"DTF"nin yaydığı xəbərə görə, dəyişikliyi istifadəçilər sentyabrın 13-ü axşam saatlarında fərq ediblər. "VKontakte" nümayəndələri yeniliyi təsdiqləyərək bunu auditoriya üçün rahat və təhlükəsiz rəqəmsal mühitin saxlanmasının zəruriliyi ilə izah ediblər.
“Axtarış filtrləri həqiqətən dəyişib, ona görə də "Təhlükəsiz Axtarış"ı söndürmək artıq seçim deyil. Bu yanaşma auditoriya üçün rahat və təhlükəsiz rəqəmsal mühitin saxlanmasına kömək edir”, - deyə sosial şəbəkənin nümayəndəsi bildirib.(Publika.az)