ABŞ-ın Yeni Amerika Təhlükəsizliyi Mərkəzi hazırladığı hesabatda Türkiyə, Çin və İranın ucuz hərbi PUA-lar hazırladığını və 2021-ci ildən etibarən Türkiyənin bu bazarda lider olduğunu qeyd edib.
Ölkə.Az xəbər verir ki, hesabtda Çinin 2014-cü ildən 2020-ci ilədək PUA bazarında lider olduğunu, lakin 2021-ci ildən etibarən Türkiyənin Çini geriyə qoyduği yer alıb. "Türkiyə 2021-ci ildən etibarən dünyanın ən böyük hərbi PUA tədarükçüsü oldu", - sənəddə qeyd edilib.
2022-ci ildə altı ölkə Türkiyədən Bayraktar TB2 alıb. Liviya, Qarabağda və Ukraynada müharibə doktrinalarını dəyişdirən kəskin uğurlar Türkiyənin PUA bazarındakı liderliyinə səbəb olub.
Hesabatda o da qeyd olunub ki, Türkiyə 2018-ci ildən bu yana dünya üzrə silahlı PUA satışlarının 65 faizini reallaşdırıb.
Mürtəza
Ölkə.Az