Bakıda böyük teatr olacaq ki, orada Ermənistan hakimiyyəti öz rolunu oynayacaq.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
O bildirib ki, son 6 ildə bu hakimiyyətin gördüyü hər şey ayrı bir anti-dövlət siyasətinin və xəyanətin hekayəsidir.
Sülh danışıqları haqqında mövqeyini açıqlayan Zakaryan deyib ki, Ermənistan hakimiyyətinin yorulmadan bəyan etdiyi razılaşma bir blef və böyük yalandır. "Təəssüf ki, erməni xalqı yaxın gələcəkdə nə sülh müqaviləsi, nə də sülh görəcək”, - o qeyd edib.
Mürtəza
Ölkə.Az