Roma Papası Fransisk izahat vermədən Parisə dəvətdən imtina edib.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Fransa hakimiyyətinin planına görə, dekabrın 8-də yanğından sonra bərpa edilmiş Notr-Dam Katedralində ilk kütləvi mərasim keçirməli idi.
Parisin dünyaca məşhur abidəsi olan Notr-Dam Katedrali 2019-cu ilin aprelində baş verən böyük yanğın nəticəsində demək olar ki, tamamilə məhv olub. Fransa prezidenti Emmanuel Makron yenidənqurmadan sonra kafedraldakı ilk məclisdə pontifikin iştirakını gözləyirdi.
Rəsmi olaraq Papanın imtinasının səbəbləri açıqlanmır. Üstəlik, əsas versiyalardan biri planlaşdırılmış səfərlərini dəfələrlə ləğv etməli olan Papa Fransiskin səhhətində problem var. Lakin bu yaxınlarda katolik kilsəsinin rəhbəri İndoneziya, Papua-Yeni Qvineya, Şərqi Timor və Sinqapurda olub.
"Le Figaro" nəşri qeyd edir ki, Papa prinsipcə Fransaya soyuq münasibət bəsləyir.
Bundan əlavə, pontifikin Fransaya getməkdən imtina etməsinin digər mümkün səbəbi Olimpiya Oyunlarının açılışındakı qalmaqaldır. Vatikan mərasimdə nümayiş etdirilən "Sonuncu Şam yeməyi"nin qəribə versiyasına mənfi reaksiya verib və bunu xristianlara qarşı təhqir adlandırıb. Papa Fransisk də bunu dəstəkləyib.