• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

XİN: "Livandakı səfirliyə təxliyə ilə bağlı heç bir azərbaycanlı müraciət etməyib"



"Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var".

Ölkə.az-ın xəbərinə görə, bu barədə "Trend"in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu il avqustun 3-də səyahət xəbərdarlığı verilib.

"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə əlavə edilib.

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində onlarla adam ölüb, 4 min nəfər isə yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşıması qadağan edilib.

ƏN ÇOX OXUNANLAR

0.024626970291138