Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb.
Ölkə.az-ın xəbərinə görə, bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.
Oeyd edib ki, MSK seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
***
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar iclası başlayıb.
Ölkə.az-ın xəbərinə görə, iclasda növbədənkənar parlament seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
İclasda məruzəçi hakim parlament seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.
Bildirilib ki, MSK sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.