- 5
ENDİRİLİR
ENDİRİLİR
Xəstələrə şəfa bəxş edən tibb ocağı
Geniş oxucu kütləsini intizarda saxlamayaq, məlumat verək ki, söhbət bu günlərimizdə öz uğurlu təyinatları, dəqiq diaqnozları ilə çoxsaylı xəstələrin etimadını qazanan, yüzlərlə xəstələrə, ailələrə sevinc bəxş edən Sabunçu Tibb Mərkəzindən gedəcəkdir.
Mərkəzin direktoru dəyişdirildikdən, rəhbərlik möhkəmləndirildikdən sonra burada vəziyyət, ab hava tamamilə dəyişmiş, sağlam, ürəkaçan atmosfer yaradılmışdır.
Bəzi qüsurların aradan qaldırılması yeni direktor Nurəngiz Bəşirovanın gərgin zəhməti və düşünülmüş mütərəqqi proqramı sayəsində mümkün olmuşdur.
Bu gün mərkəzin gündəlik fəaliyyəti Nurəngiz xanımın xüsusi nəzarətindədir onun təşkilatçılığı, bacarığı və pak əməlləri mərkəzin personalını da məmnun edir, pasiyentləri də. Nurəngiz xanımın ciddi tapşırığı əsasında pasiyentlər giriş qapısında mehribanlıqla qarşılanır aidiyyatı üzrə həkimlərə təqdim edilir və eləcə də yüksək səviyyədə yola salınır. Biz də öz növbəmizdə deyirik: Nurəngiz xanım, min əhsən, uğurlar olsun, məmləkətimizin duzu, çörəyi, suyu, havası Sizə halal olsun! Kaş bütün rəhbər məmurlar Sizin kimi olaydı, pak əməlli, sağlam əqidəli və zəhmli. Allah sizi qorusun – Amin!
Siz qısa zaman kəsiyində reanimasiya vəziyyətində olan tibb müəssisəsini birincilər sırasına çıxarmısınız. Apardığımız müşahidələrin, araşdırmaların nəticələrinə görə mübaliğəsiz deyə bilərik ki, Sabunçu Tibb Mərkəzinin həkim tibb personalı bu gün insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanır, vətəninə, xalqına namusla xidmət edirlər.
Mərkəzin tibb personalı ilə eləcə də xəstələrlə söhbətlərimiz zamanı bir ziyalı ağsaqqalın oğlunu Sabunçu Tibb Mərkəzinin şöbə müdiri, zəngin təcrübəli tanınmış psixiatr Vüqar Qazıyevin növbəti müayinəsinə gətirdiyinin şahidi olduq. Ağsaqqala yaxınlaşıb gəlişinin səbəbini soruşduq:
O, bildirdi ki, aylar öncə oğlum hazırlaşıb işə gedərkən onun qeyri adi hərəkətləri, sərsəmləməsi nəzər diqqətimi cəlb etdi. Dərhal hiss etdim ki, o psixoloji sarsıntılar keçirib. Yaxından tanıdığım həkimlərə, xüsusən də nevropatoloqlara zəng edib oğlumun hazırki sağlamlıq durumu barədə məlumat verdim.
Həkimlərin hamısı bir nəfər kimi xəstəni tanınmış psixatr Vüqar Qazıyevə göstərməyi tövsiyə etdilər. Elə də oldu. Doktor Qazıyevlə görüşdük o, xəstə ilə ətraflı söhbət elədi, ona lazım olan suallar verdi, xəstənin cavablarını dinlədi və ən sonda bildirdi ki, vəziyyət o qədər də ağır deyil. İki, üç həftə ərzində aldığı ciddi müalicədən sonra düzələcək. Amma 15 gün işə getməsin.
Ağsaqqal vurğuladı ki, hazırda oğlumun sağlamlığı əladır. O, ikinci dəfə həyata vəsiqə alıb. Söhbətimiz ağsaqqalı kövrəltdi. O bildirdi ki, mən doktor Vüqar Qazıyevin qayğısını heç zaman unuda bilmərəm. Ömrümün sonuna qədər onun adını uca, xatirini əziz tutacağam. Boynumda haqqı var.
Böyük şairimiz İmadəddin Nəsimi demişkən:
“Haqdan qaçan, haqqa çatmaz”.
Bu qədər tərifdən sonra doktor Vüqar Qazıyev ətrafında araşdırmalar aparmağa zərurət yarandı. Məlum oldu ki, doktor Qazıyev həkimləri təkmilləşdirmə institutunun psixiatriya kafedrasının yetirməsidir, çox savadlı, sanballı, vətənini xalqını qanı canı qədər sevən insandır.
Hazırda Sabunçu Tibb Mərkəzində psixiatr olaraq şöbə müdiri vəzifəsində çalışır. Qapısına pınah gətirən yüzlərlə xəstə şəfa, ruhu xəstəliklərlə əlaqədar dağılmağa məruz qalan çoxsaylı ailələr nicat tapıb.
Doktor Qazıyev, Ulu Yaradanımız şəfalı əllərinizi, uğurlu təyinatlarınızı millətimizin başı üstündən əskik etməsin!
Xalqımızın sağlam gələcəyi naminə Sizə əbədi cansağlığı, dağlar ömrü arzulayırıq, Allah Sizi hifz etsin – Amin!
Qələmə aldı: Tofiq İsmayılov