Ukrayna Qərbdən daha iki növ qırıcı - "Gripen" və "Eurofighter" almağı planlaşdırır.
"Ölkə.az" xəbər verir ki, bu barədə telemarafonda çıxış edən Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.
"Gripen" və "Eurofighter" ilə bağlı məsləhətləşmələr davam edir", - o bildirib.
Umerovun sözlərinə görə, bu danışıqların nəticələri tezliklə məlum olacaq.
Nazir, həmçinin xatırladıb ki, Qərb müttəfiqləri ABŞ-nin F-16 və Fransanın "Mirage-2000" qırıcılarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəklər. Umerov əlavə edib ki, F-16-ların tədarükü üzrə öhdəliklər qismən yerinə yetirilib.