• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

SEPAH təşvişdə: Üzvlərinə qadağa və yoxlamalar



İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda peycer və  radioqurğularda baş verən silsilə terror hadisəsindən sonra öz qoşunlarına hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib.

Ölkə.Az "reuters"ə istinadən xəbər verir ki,  SEPAH təkcə rabitə cihazlarını deyil, digər bütün texniki avadanlıqları da yoxlamağa başlayıb. SEPAH rəhbərliyi "Hizbullah"a qarşı baş verənlərdən narahatdır.

Nəşr onu da qeyd edib ki,  SEPAH həmçinin İsraillə əlaqəli mənbələrdən maliyyə alanları müəyyən etmək üçün öz hərbi personalı, orta və yüksək səviyyəli zabitləri haqqında hərtərəfli araşdırmaya başlayıb. “Bura onların həm İrandakı, həm də xaricdəki bank hesablarının yoxlanılması, həmçinin onların və ailələrinin səyahət tarixçəsi daxildir”, - nəşr yazıb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.04200005531311