• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropanın ən böyük iqtisadiyyatlarına növbəti zərbə



Avrozonanın ən böyük iqtisadiyyatlarında sentyabr ayı ərzində biznes fəallığı azalıb.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Almaniya və Fransada işgüzar aktivlik indeksi (PMI) əsas səviyyə olan 50 bəndin altına düşüb və bu, iqtisadiyyatın daraldığını göstərir.

Almaniyanın kompozit PMI göstəricisi 47,2 bəndədək azalaraq yeddi ayın ən aşağı səviyyəsidir. Fransada bu göstərici avqustda 53,1-dən 47,4-ə düşüb ki, bu da analitiklərin proqnozlarından xeyli aşağıdır.

"Sorğuda iştirak edən şirkətlər müştərilər arasında ehtiyatlılığın artdığını və bununla bağlı sərmayə qoyuluşunda tənbəlliyin artdığını qeyd edirlər. İqtisadiyyatın vəziyyəti ilə bağlı narahatlıq faktor kimi göstərilir", deyə "S&P Global" bildirib.

Avro bu məlumatlara enişlə cavab verərək 1,1106 dollara ticarət edib. Almaniyanın 10 illik istiqrazlarının faizləri dörd baza bəndi azalıb.

Əsas problem sahəsi Bundesbankın mülayim tənəzzül ehtimalı barədə xəbərdarlıq etdiyi Almaniyadır. Ölkənin istehsal sektoru zəif tələbatdan əziyyət çəkir və bu, zavodların bağlanmasına səbəb ola bilər. Almaniyanın istehsalat PMI göstəricisi bir ilin ən aşağı səviyyəsinə düşüb.

"İstehsal sektorundakı azalma daha da pisləşərək, sürətli bərpa ümidlərini azaldıb", deyə Hamburq Kommersiya Bankının baş iqtisadçısı Kirus de la Rubia bildirib.

Fransa, öz növbəsində, Paris Olimpiadasından gözlənilməz artımdan sonra xidmət sektorunda aktivlikdə kəskin azalma müşahidə edib. Sektorun indeksi avqustda 55-dən 48,3-ə düşüb.

Bundan əvvəl, Avropa İttifaqı avtomobil sənayesinin xəyal şəhərə çevrilmiş keçmiş ABŞ sənaye nəhəngi "Detroit"in taleyini yaşayacağı proqnozlaşdırılırdı. Ekspertlər bunu Rusiyanın enerji resurslarından imtina etməsi və böhranı daha da ağırlaşdıran "yaşıl iqtisadiyyat"ın səmərəsizliyi ilə əlaqələndirirlər.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.076021909713745