ABŞ-da BMT 79-cu Baş Assambleyasının sessiyasıda iştirak edən İran prezidentinin hərəkət edərkən ona ünvanlanan suala Azərbaycan dilində cavab verməsi maraq doğurub.
Ölkə.Az xəbər verir ki, türkiyəli bir jurnalist Pezeşkiana "hörmətli prezident necəsiniz?" deyərək müraciət edib.
Pezeşkian da əvəzində "sağ olun" cavabını verərək hərəkətinə davam edib.
Türkiyəli media nümayəndəsi isə təəccübünü gizlədə bilməyib: "Eşitdinizmi? Əl edərək "sağ ol" dedi".
Bundan əlavə, İran prezidenti Nyu-Yorkda Azərbaycan dilində müsahibə də verib.
Məsud Pezeşkian ABŞ mediasının müxbirlərindən birinin sualına belə reaksiya verib (2-ci video).
Mürtəza
Ölkə.Az