Avqustun 21-də Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda itən və 19 gün sonra cəsədi dərəyə atılan çuvalda tapılan azyaşlı Narin Güranın qətlində dəhşətli bir detal gündəmə gəlib.
Ölkə.Az Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, Narinin öldürüldüyü Tavşantəpə kəndində əvvəllər 9-u Güran ailəsindən olmaqla 15 uşağın öldüyü məlum olub.
Ölən uşaqlardan narinin qohumlarının siyahısını təqdim edirik:
Narinin böyük bacısı T.G. O, 2019-cu ildə 5 yaşında vəfat edib.
Narinin anasının bibisinin nəvəsi olan əkizlər A.A və Y.A 2015-ci ildə 1 yaşında olarkən 5 gün fərqlə ölüb.
Narinin nənəsinin qardaşı övladları H.S (3) və F. S. (4) 1987-ci ildə eyni gün dünyasını dəyişib.
Narinin anasının əmisi uşaqları F.Ç (kişi) 2020-ci ildə 2 yaşında, M.Ç (qadın) isə 2013-cü ildə 2 yaşında ölüb.
Narinin anasının xalası nəvəsi H.Y 2004-cü ildə 5 aylıq olarkən dünyasını dəyişib. Eyni zamanda Savaş Güranın (22 yaş) 2011-ci ildə pambıq tarlasında 15 yaşlı gənc tərəfindən tapança ilə öldürüldüyü iddia edilir.
Sözügedən kənddə ölən digər uşaqlar:
1. 1995-ci il təvəllüdlü F. D. 18 günlük olarkən vəfat edib
2. 2011-ci il təvəllüdlü M. B.(kişi) 1 yaşında ölüb.
3. 1985-ci il təvəllüdlü S.D (qadın) 1 yaşında ölüb.
4. 1999-cü il təvəllüdlü Ş.D (kişi) 2 yaşında ölüb.
5. 2000-ci il təvəllüdlü Ş.K (kişi) 9 yaşında ölüb.
6. 1989-cu il təvəllqüdlü Z.T(kişi) 12 yaşında ölüb.
Narin Güran istintaqı çərçivəsində 15 uşaq ölümünün araşdırılacağı bildirilir.
Qeyd edək ki, N.Güranın qətlinə görə anası və qardaşı da daxil olmaqla 12 nəfər saxlanılıb. Ekspertiza 8 yaşlı qızın boğularaq öldürüldüyünə rəy verib. İstintaq davam edir.
Billurə Yunus