İsrail Suriyanın Türkiyə sərhədində yerləşən Latakiya şəhərinə hava hücumu həyata keçirib.
Ölkə.Az xəbər verir ki, İsrail ordusu Türkiyə ilə sərhədə yaxın Suriyanın strateji nöqtələrinə hücum edib.
İsrail qırıcıları ötən gecə Türkiyə sərhədindəki Suriyanın Tartus bölgəsindəki Latakiya şəhərini hədəf alıb.
Türkiyə sərhədində İsrailin hücumlarına qarşı müdafiə sistemləri işə salınıb.
Rusiya hərbi bazalarının yerləşdirildiyi və hava hücumundan müdafiə sistemləri ilə qorunduğu Tartusa istiqamətlənmiş İsrail raketlərinin əksəriyyəti havada məhv edilib.
İsrail 2024-cü ildə Suriyaya qarşı 43 hava əməliyyatı həyata keçirib. İsrailin hücum etdiyi bölgə Türkiyəyə çox yaxındır. Tartusla Türkiyə arasındakı məsafə 80-90 kilometrdir.
Mürtəza
Ölkə.Az