• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Turan Tovuz" klubunun azarkeşi hansı səbəbdən həbs olunub?



Sentyabrın 21-də keçirilən "Turan Tovuz" - "Araz-Naxçıvan" görüşündən sonra Tovuz klubunun azarkeşi Şəhriyar Əlizadə 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Ş.Əlizadə stadion əmlakına zərər verdiyi üçün polis orqanları tərəfindən saxlanılıb:

"Sentyabr ayının 21-də Tovuz Rayon Polis Şöbəsinə Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz-"Araz Naxçıvan" oyunu zamanı bir nəfər azarkeşin ictimai qaydalara riayət etməməsi, stadion əmlakına zərər yetirməsi barədə rəsmi müraciət daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində Bakı şəhər sakini Ş.Əlizadə saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Əlizadə barəsində 10 sutka müddətinə inzibati həbs tənbeh tədbiri seçilib".

Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" görüşü Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.023437976837158