Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Sent Lüsiyanın xarici işlər naziri Alva Baptiste ilə görüşüb.
“Ölkə.az” xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X”dəki hesabında yazıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin qurulmasında potensialın öyrənilməsi üçün intensiv siyasi dialoqun aparılmasının vacibliyini vurğulayıb. Eyni zamanda Alva Baptisteyə Azərbaycanın COP29-a sədrliyi, həmçinin əməkdaşlıq perspektivi olan hazırlıq məsələləri haqqında məlumat verilib.