• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dopinq testinə görə rüşvət verən idmançıya CƏZA KƏSİLDİ



Ağır atletika üzrə dünya çempionatının ikiqat mükafatçısı Dmitri Çumak antidopinq qaydalarını pozduğuna görə 6 il müddətinə diskvalifikasiya edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Testi Agentliyi (ITA ) məlumat yayıb.

2021-ci ilin may ayında Çumak dopinq testindən keçməkdən imtina edib, sonra isə dopinq zabitinə rüşvət verməyə cəhd edib. Eyni zamanda, idmançının məşqçisi Mixail Matsexa cinayətin törədilməsində iştirak edib. Çumakla bağlı cəza 4 iyun 2021-ci il tarixindən qüvvəyə minib.

Dünya çempionatlarında qazanılan iki mükafatdan əlavə (Hyuston 2015, 94 kq-a qədər bürünc; Aşqabad, 102 kq-a qədər gümüş) Çumak üçqat Avropa çempionudur.(Publika.az)

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.032259941101074