• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qriqoryan "əməliyyatımız var" deyib sualdan yayındı



Azərbaycanla sərhədlərin demarkasiya prosesi və onların həyata keçirilməsi ilə bağlı razılaşmaların əsas məqsədi bütün bu kimi problemlərin sakit, əsaslı, hüquqi həllini tapmasını təmin etməkdir.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

"Demarkasiyanın növbəti mərhələsi ilə bağlı hələlik qərar yoxdur. Biz hələ reqlamentlə bağlı dövlətdaxili prosedurları tamamlamalıyıq”, - Qriqoryan bildirib.

O, Bakı ilə danışıqlarda Azərbaycan qoşunlarının Ermənistan ərazilərindən çıxarılması məsələsinə toxunulmaması ilə bağlı suala belə cavab verib: “Mən bunu indi şərh edə bilmərəm, çünki bizim təsdiq edilmiş əməliyyat prosedurumuz var. Bunun üçün o deməkdir ki, şərhlər mütləq simmetrik, yazılı və açıq olmalıdır. Odur ki, şərhlər verməyəcəyəm".

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.036117076873779