• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Pitbull uşaqları kobra hücumundan belə xilas etdi - ANBAAN VİDEO



Hindistanda yaşanan qeyri-adi hadisə dünya mətbuatında gündəm olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Şiv Qaneş koloniyasında Cenni adlı "pitbull" cinsi it azyaşlı uşaqları kobra ilanının hücumundan xilas edib.

Belə ki, uşaqlar həyətdə oynayan zaman kobra gəlib. Evdəki it uşaqların qışqırığını eşidərək, onların köməyinə qaçıb.

Cenni azyaşlıları xilas etmək üçün 5 dəqiqə ilanla mübarizə aparıb və onu zərərsizləşdirib.

Həmin anlar evin həyətindəki təhlükəsizlik kameralarına düşüb.

Vidao qısa müddətdə sosial şəbəkələrdə viral olub.

"Pitbull"un bu davranışı bu it cinsinə qarşı olan mənfi qavrayışı dəyişib.

Ev sahibi Puncab Singh qeyd edib ki, Cenni əvvəllər də oxşar hərəkətlər edib. O bildirib ki, ev tarlaya yaxın olduğundan ilanlarla tez-tez rastlaşırlar və Cenni indiyədək 8-10 ilanı öldürüb.

Billurə

ƏN ÇOX OXUNANLAR

4.3448598384857