Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Novruzov Surət Baba oğlu endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.
Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.