8 saat ərzində 6 estetik əməliyyat keçirən 24 yaşlı qadın ölüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə avqustun 31-də Braziliyanın Seara əyalətinin Sobral şəhərində baş baş verib.
Belə ki, 24 yaşlı Vivian Lira Monçe birinci mərhələdə sinə kiçiltmə, qarın, qollar, kürək və çənə nahiyəsinə liposaksiya əməliyyatı aparılıb.
Cərrah daha sonra omba böyütmək üçün liposaksiya ilə çıxarılan piyi yenidən ombasına yerləşdirib.
Əməliyyatdan cəmi 15 saat sonra evə qayıtmağa icazə verilən gənc qadının səhhəti sürətlə pisləşməyə başlayıb.
Şiddətli ağrılarla xəstəxanaya çatdırılan qadının təzyiqi sürətlə düşüb və o, 22 gün reanimasiyada qalıb.
26 sentyabrda isə o qarnındakı infeksiyanın səbəb olduğu ürək çatışmazlığından ölüb.
Yerli polis onun ölümünü şübhəli hesab etdiyindən araşdırmalara başlayıb.
Ölən qadının əri Renen Santiaqo baş verən hadisəyə görə, həkimi günahlandırıb. O bildirib ki, həkim Vivianı istədiyindən daha çox estetik əməliyyat keçirməyə razı salıb.
Santiaqo həkimin daha çox əməliyyat üçün onun həyat yoldaşına endirim təklif etdiyini söyləyib.
“Sadəcə sinə əməliyyatı və qarın liposaksiyası üçün cərrahın yanına getmişdi. Amma onu qollarına və kürəyinə də liposaksiya etdirməyə razı saldı. Konsultasiyadan qayıdanda həkimin daha yaxşı qiymət təklif etdiyini və daha çox əməliyyat etdirəcəyini dedi”.
Santyaqo həmçinin iddia edir ki, 42 min funt-sterlinq pul alan cərrah Vivian problem yaşamağa başlayanda yoxa çıxıb.
Gənc qadının həkimi internetdən tapdığı bildirilir.
Billurə Yunus