Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailə hücuma cavab olaraq İrandakı nüvə obyektlərinə zərbə endirməyi təklif edib.
Ölkə.Az CNN-ə istinadən xəbər verir ki, Tramp İranın nüvə obyektlərinə hücumu yersiz hesab edən Co Baydenlə razılaşmayıb.
“Düşünürəm ki, Bayden səhv edir. Bu vuracağınız hədəf deyilmi?” - Tramp qeyd edib.
İranın İsrailə hücumundan sonra keçmiş amerikalı lider deyib ki, onun hakimiyyəti dövründə Yaxın Şərqdə müharibə olmayıb və İran tam nəzarət altında olub.
O əmindir ki, indi Bayden və vitse-prezident Kamala Harris ölkəni Üçüncü Dünya müharibəsinə sürükləyir. "İranın Kəmalə Harrisin prezident olmasını çox istəməsi təəccüblü deyil. Çünki onlar bilirlər ki, o, hakimiyyətdə olduğu müddətdə Amerikadan öz xeyirlərinə istifadə edə bilərlər", - Tramp deyib.
Mürtəza
Ölkə.Az